...

Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Sumqayıtda müvəqqəti sığınacaq yaradılıb

Cəmiyyət Materials 1 Fevral 2014 11:53 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də müvəqqəti sığınacaq təşkil olunub.
Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Sumqayıtda müvəqqəti sığınacaq yaradılıb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də müvəqqəti sığınacaq təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sığınacaq Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi, 17 a ünvanında yerləşir.

Qeyd edək ki, qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq nazirlik Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil edib. Sığınacaqlar Bakının Nərimanov (Şərq bazarının yaxınlığı, Xətai prospekti, 11), Nəsimi (Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç., 69), Nizami (Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç., 118), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayevo küç., 20) və Yasamal (Xiyabani küç., 211) rayonlarında yerləşir.

Bütün sığınacaqlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunub. Yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar, yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar bu sığınacaqlarda heç bir məhdudiyyət olmadan yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti