...

"İrəli" İctimai Birliyi Gəncə şəhər nümayəndəliyi gəncləri təbrik edib (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2014 10:00 (UTC +04:00)
"İrəli" İctimayi Birliyinin Gəncə şəhər nümayəndəliyi 2 fevral - Gənclər Günü münasibətilə boulinq çempionatı təşkil edib.
"İrəli" İctimai Birliyi Gəncə şəhər nümayəndəliyi gəncləri təbrik edib (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

"İrəli" İctimayi Birliyinin Gəncə şəhər nümayəndəliyi 2 fevral - Gənclər Günü münasibətilə boulinq çempionatı təşkil edib. Çempionatda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev və "İrəli" İctimai Birliyinin Gəncə nümayəndəsi Elmir Bağırov iştirak edib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Rəisi Müşviq Cəfərov," İrəli" İctimayi Birliyinin Gəncə şəhər nümayəndəliyinin sədri Elmir Bağırov və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin Sədri Fərid Dünyamalıyev tədbirdə çıxış edərək, gəncləri 2 Fevral Gənclər günü münasibətilə təbrik edərək, oyunda hər iştirakçıya uğurlar arzulayıblar.

Çempionatda 40-dan çox gənc iştirak edib. I yerə Allahverdi Vəliyev, II yerə Fariz Hüseynov, III yerə isə Orxan Əhmədov layiq görülüb. İlk üçlüyə düşənlər sertifikatla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti