...

Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda zəlzələ ocağının aktivləşməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 3 Fevral 2014 15:50 (UTC +04:00)
"Pirqulu tərəfdə təkanların ardıcıl baş verməsinin xeyri var. Çünki bunun nəticəsində ərazidə enerji boşalması baş verir".
Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda zəlzələ ocağının aktivləşməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İsabalayeva/

"Pirqulu tərəfdə təkanların ardıcıl baş verməsinin xeyri var. Çünki bunun nəticəsində ərazidə enerji boşalması baş verir". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu gün baş verən iki zəlzələ də Pirquluya yaxın ərazidə olub. Hər iki zəlzələ Pirquludan təxminən 15 km məsafədə - İsmayıllı istiqamətində olub. İlk zəlzələ saat 07:52-də 3,7, ikinci zəlzələ isə saat 14:44-də 3,4 bal gücündə qeydə alınıb. Bu zəlzələ İsmayllıda hiss edilməsə də, Pirquluda hiss olunub. Zəlzələ episentrə yaxın olan yaşayış yerlərində 3 bala kimi hiss edilib: "Seysmogen bölgə birdir-Şamaxı - İsmayıllı bölgəsidir. İlk zəlzələ 3,7, ikinci zəlzələ isə 3,4 bal gücündə olub.

Q.Yetirmişli deyib ki, birinci zəlzələnin dərinliyi 12, ikinci zəlzələnin dərinliyi isə 9 km olub. Hər iki zəlzələnin ocağı eynidir.

Mərkəz rəhbərinin sözlərinə görə, eyni ocaqda səhər 3,7 bal gücündə baş verən ilk zəlzələ ilə 3,4 bal gücündə baş verən zəlzələ arasında 9-dan çox zəif təkan verib: "Bu ona dəlalət edir ki, orada proses gedir. Zəlzələnin baş verməsini proqnozlaşdırmaq çox çətindir. Lakin belə təkanların ardıcıl baş verməsinin xeyri var. Çünki bunun nəticəsində ərazidə enerji boşalması baş verir. Bilmək olmaz, bu proses bir az da davam edə bilər, yaxud zəlzələ bununla da dayana bilər. Yəni zəmanət vermək olmaz ki, zəlzələ bununla olub qurtardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti