...

TQDK bu il keçiriləcək qəbul imtahanlarının ilkin plan-qrafikini açıqlayıb

Cəmiyyət Materials 5 Fevral 2014 10:58 (UTC +04:00)
Tələbə Qəbuluü üzrə Dövlət Komissiyası 2014-cü il ərzində keçiriləcək qəbul imtahanlarının və tədbirlərin ilkin plan-qrafiki açıqlayıb.
TQDK bu il keçiriləcək qəbul imtahanlarının ilkin plan-qrafikini  açıqlayıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbuluü üzrə Dövlət Komissiyası 2014-cü il ərzində keçiriləcək qəbul imtahanlarının və tədbirlərin ilkin plan-qrafiki açıqlayıb. Trend həmin qrafiki TQDK-nın rəsmi saytına istinadən təqdim edir.

Tədbir

Tarix

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu

11-20 fevral

Magistraturaya qəbul imtahanı 1-ci mərhələ
2-ci mərhələ
Magistraturaya proqram seçimi
Magistraturaya ixtisaslaşma seçimi

02 mart
25 may
01-05 may
29 may - 01 iyun

Rezidenturaya qəbul imtahanı 1-ci mərhələ
2-ci mərhələ
Rezidenturaya ixtisaslaşma seçimi

30 mart
27 iyul
29-31 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları

06, 13(təkrar), 20, 27 aprel, 25 may (təkrar), 01 iyun

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu

01 aprel - 30 aprel

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə seçmə tur

15 aprel - 30 aprel

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü

25 aprel

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı:
1-ci
2-ci

04 may
03 iyul

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı
- II və III qruplar üzrə
- I və IV qruplar üzrə

11 may
18 may

Buraxılış imtahanları: Peşə liseyləri

Mart ayı

Buraxılış imtahanları: ümumtəhsil müəssisələri
1-ci istiqamət
2-ci istiqamət
3-cü istiqamət
4-cü istiqamət
Eksternat

İyun ayı

Cari ilin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı
- I və IV qruplar üzrə
- II və III qruplar üzrə

İyul ayı

Qabiliyyət imtahanı (I və IV qruplar)
Qabiliyyət imtahanı (III qrup)

İyul ayı

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu

12 may-12 iyun

Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat

19-29 may

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı- əvvəlki il məzunları

29 iyun

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur

02-05 iyul

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi

02-10 iyul

Monitorinq imtahanları

mart ayı - 5-ci və 6-cı siniflər
aprel- may ayları - 11-ci sinif

Məqalədə:
Xəbər lenti

Xəbər lenti