...

Bakıda və Abşeronda bu gecə havanın minimal temperaturu iqlim normasından 7 dərəcə aşağı olub

Cəmiyyət Materials 5 Fevral 2014 11:54 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında fevralın 4-də müşahidə edilən havanın minimal temperaturu iqlim normasından 7 dərəcə aşağı olub.
Bakıda və Abşeronda bu gecə havanın minimal temperaturu iqlim normasından 7 dərəcə aşağı olub

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakıda və Abşeron yarımadasında fevralın 4-də müşahidə edilən havanın minimal temperaturu iqlim normasından 7 dərəcə aşağı olub. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu gecə Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu mənfi 3-5 dərəcə olub.

Ötən gün ərzində artıq ölkə ərazisinə düşən qarın əriməsi müşahidə edilib.

Lerikdə qarın hündürlüyü 39, Lənkəranda 26, Qaxda 21, Astarada 23, Daşkəsəndə 15, Yardımlıda 14, Sumqayıtda 16, Bakıda 4 sm-dir.

Qeyd edək ki, fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti