...

Azərbaycanda elmi ekspedisiyaların aparılması qaydaları hazırlanıb

Cəmiyyət Materials 5 Fevral 2014 16:18 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası "AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları"nı hazırlayıb.
Azərbaycanda elmi ekspedisiyaların aparılması qaydaları hazırlanıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası "AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları"nı hazırlayıb.

Trend AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, "AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları"və "AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən aparılan elmi ekspedisiya işləri üzrə xərc normaları"nın layihələri təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Məlumatda qeyd edilir ki, AMEA-da elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində aparılan islahatlar Akademiyanın elmi müəssisə və təşkilatları tərəfindən həyata keçirilən ekspedisiya elmi tədqiqat işlərinin də səmərəsinin artırılmasını tələb edir. Lakin ekspedisiyalarla bağlı mövcud normativ-hüquqi bazanın müasir standartlara cavab verməməsi elmi ekspedisiyaların təşkilində və həyata keçirilməsində müəyyən çətinliklər yaradır.

Bunu nəzərə alan AMEA prezidenti, akademik Akif Əlizadə "Ekspedisiya elmi tədqiqat işləri haqqında Əsasnamə"nin hazırlanması barədə 9 aprel 2013-cü il tarixində sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti