...

Türkiyədə sosial problemli ailələrə xüsusi dəstək proqramı həyata keçiriləcək

Cəmiyyət Materials 6 Fevral 2014 14:10 (UTC +04:00)
Türkiyədə sosial problemli ailələrə xüsusi dəstək proqramı həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.
Türkiyədə sosial problemli ailələrə xüsusi dəstək proqramı həyata keçiriləcək

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə sosial problemli ailələrə xüsusi dəstək proqramı həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.

Məlumata əsasən, xüsusi dəstək proqramı ölkənin Ailə və Sosial Siyasət Nazirliyi tərəfindən həyata keçiriləcək.

Məlumatda o da qeyd olunur ki, proqram çərçivəsində nazirliyin nəzdində xüsusi təlim keçmiş mütəxəsislər problemli ailələrin uşaqları ilə yanaşı, onların valideynləri ilə də görüşlər keçirəcəklər.

Agentliyin məlumatına əsasən, 2008-ci ildə də nazirlik tərəfindən belə bir proqram həyata keçirilib, lakin o vaxt proqram çərçivəsində ancaq problemli ailələrin uşaqları ilə xüsusi görüşlər keçirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti