...

Mikayıl Cabbarov: Müasir müəllimin İKT biliklərinin olması fənn biliklərindən az əhəmiyyət kəsb etmir

Cəmiyyət Materials 8 Fevral 2014 13:00 (UTC +04:00)
“Əslində, müasir müəllimin İKT biliklərinin olması onun fənn biliklərinin olmasından hec də az əhəmiyyət kəsb etmir.
Mikayıl Cabbarov: Müasir müəllimin İKT biliklərinin olması fənn biliklərindən az əhəmiyyət kəsb etmir

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İsabalayeva/

"Əslində, müasir müəllimin İKT biliklərinin olması onun fənn biliklərinin olmasından heç də az əhəmiyyət kəsb etmir. Buna görə də müəllimlərin hazırlığı prosesində bu yeniliyin tətbiqinə nail olmaq niyyətindəyik". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Rabitə və İnformasiya Nazirliyinin "İKT ili" ilə bağlı keçirdiyi konfransda bildirib.

Onun sözlərinə görə, əsas hədəflərdən biri ümumtəhsil sahəsində pedaqoji heyətin İKT üzrə hazırlığının artırılmasıdır. Ötən müddətdə ölkə üzrə pedaqoji kadrların 64 faizi İKT üzrə təlim keçib.

M.Cabbarovun sözlərinə görə, təhsil sistemində çalışan bütün müəllimlərin İKT savadlılığının artırılması üzrə təlimlərə cəlb olunması, pedaqoji kadr ali məktəblərdə məzun olacaq gənc müəllimlərin İKT bacarıqlarının artrılması hər zaman diqqət mərkəzində olacaq.

Nazir qeyd edib ki, ötən 10 ildə təhsilin informasiyalaşdırılması sahəsində müəyyən nailiyyətlər əldə edilib. 2004-cü ildə hər 1063 şagirdə 1 kompüter düşdüyü halda, hazırda hər 18 şagirdə 1 kompüter düşür. Məktəblərin 37 faizi internet şəbəkəsi ilə təmin edilib. Bir sıra məktəblərdə "Elektron məktəb" layihəsinin icrasına başlanılıb.

M.Cabbarov deyib ki, 2013-cü ildə Azərbaycan təhsil şəbəkəsinə əlavə olaraq 70 təhsil müəssisəsi qoşulub. 2014-cü ilədək şəbəkəyə qoşulmuş 1695 təhsil müəssisəsi internet və internetə çıxışla təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti