...

Sabahdan Azərbaycanda rezidenturaya sənəd qəbuluna başlanacaq

Cəmiyyət Materials 10 Fevral 2014 12:32 (UTC +04:00)
Azərbaycanda sabahdan 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul aparılır.
Sabahdan Azərbaycanda rezidenturaya sənəd qəbuluna başlanacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda sabahdan 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul aparılır.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə 2014-cü il fevralın 11-dən 20-dək aparılacaq.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

İmtahanın birinci mərhələsi martın 30-da, ikinci mərhələsi iyulun 27-də keçiriləcək.

İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

Hər bir mərhələ üzrə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti