...

Masallı icra başçısının nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 10 Fevral 2014 14:50 (UTC +04:00)
Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Masallı icra başçısının nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla icra başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyevin rayonun Kürdəbaz bələdiyyəsinin mülkiyyətində olan 1,49 hektar torpaq sahəsini Qarğalıq kənd sakini Ağasənəm Nuriyevaya icarəyə vermək məqsədi ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək icarə müvaqiləsi tərtib edib icra nümayəndəliyinin möhürü ilə təsdiq etməklə sonuncuya təqdim etməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Masallı rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti