...

Dahi şairin xatirəsi anılıb

Cəmiyyət Materials 12 Fevral 2014 21:31 (UTC +04:00)
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatından 5 il ötür.
Dahi şairin xatirəsi anılıb

Azərbaycan, Bakı, 12 fevral /Trend /

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatından 5 il ötür.

Trend Kanal S-ə istinadən xəbər verir ki, bu münasibətlə Şəki şəhərində anım mərasimi keçirilib. Anım mərasimi Şəki Şəhər İcra Hakimiyyəti, Qafqaz Universiteti və Şəki Şəhər Musiqi Kollecinin təşəbbüsü ilə baş tutub.

Mərasimdə Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, ziyalılar, bir sıra təşkilat nümayəndələri iştirak edib.

Tədbirdə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına geniş məlumat verilib. Onun həyatından bəhs edən videoçarx nümayiş olunub. Mərasimdə Qafqaz Universitetinin tələbələri tərəfindən şairin şeirləri oxunub, Musiqi Kollecinin tələbələri tərəfindən isə dahi şairin şeirlərinə bəstəlmiş mahnılar ifa olunub.

Xəbər lenti

Xəbər lenti