...

Azərbaycan sinoptikləri fevralın 14-ü üçün hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 13 Fevral 2014 12:35 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında fevralın 14-də havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycan sinoptikləri fevralın 14-ü üçün hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, günün birinci yarısında az yağış yağacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 14-də havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində fevralın 14-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Əsasən şərq rayonlarında az yağıntı olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.

Yaxın iki gün ərzində Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti