...

Brüsseldə nəqliyyat işçilərinin tətili keçirilir

Cəmiyyət Materials 14 Fevral 2014 13:09 (UTC +04:00)
Belçikanın paytaxtı Brüsseldə nəqliyyat işçilərinin tətilə başlayıb. Cümə günü axşam saatlarına kimi davam edəcək aksiyada avtobus və tramvay sürücülərinin 80 faizi, habelə bir neçə yüz nəfər metro işçisi iştirak edir.
Brüsseldə nəqliyyat işçilərinin tətili keçirilir

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Belçikanın paytaxtı Brüsseldə nəqliyyat işçilərinin tətilə başlayıb. Cümə günü axşam saatlarına kimi davam edəcək aksiyada avtobus və tramvay sürücülərinin 80 faizi, habelə bir neçə yüz nəfər metro işçisi iştirak edir.

Brüsselin ictimai nəqliyyatının operator-şirkətinin (STIB) əməkdaşları həmkarlarından birinin qatilinə qarşı məhkəmənin birmənalı olmayan hökmünə etiraz edirlər. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Məlumata görə, günorta saatlarında etirazçılar Brüsseldə Məhkəmə sarayının qarşısında toplaşacaqlar.

STIB-in müfəttişi, şirkətdə 30 ilə yaxın çalışan İlyas Tahiray 2012-ci ilin aprelində həlak olub. Sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin rəsmiləşdirilməsinə yardım edən zaman minik avtomobilinin sürücüsünün dostlarından biri yaşlı insanı vurub. Aldığı kəllə-beyin travması nəticəsində inspektor ölüb. Hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib, lakin bir müddət sonra polisə gələrək günahını etiraf edib. O, faciə ərəfəsində sərxoş olub.

Bu həftə elan olunan məhkəmənin qərarına görə, qatilə şərti cəza verilib. Bu hökm yerli həmkarlar ittifaqlarının ciddi narazılığına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti