...

Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

Cəmiyyət Materials 14 Fevral 2014 14:31 (UTC +04:00)
Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb.
Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb.

Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 3, Şirvanda 13, Salyanda 15, Bankədə 8 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 387 sm (2013-cü il fevralın 14-də 452 sm), Şirvanda 254 sm (2013-cü il fevralın 14-də 347 sm), Salyanda 210 sm (2013-cü il fevralın 14-də 325 sm), Bankədə 215 sm (2013-cü il fevralın 14-də 267 sm), Araz çayının Novruzlu məntəqəsində isə 160 sm (2013-cü il fevralın 14-də 238 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti