...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında qanunvericilik layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə bölmə yaradılıb

Cəmiyyət Materials 14 Fevral 2014 15:16 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://www.mlspp.gov.az) əmək və sosial müdafiəsi sahəsi ilə bağlı hazırlanan yeni normativ hüquqi aktların layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə ayrıca bölmə yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında qanunvericilik layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə bölmə yaradılıb

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://www.mlspp.gov.az) əmək və sosial müdafiəsi sahəsi ilə bağlı hazırlanan yeni normativ hüquqi aktların layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə ayrıca bölmə yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlar sayta daxil olmaqla "Qanunvericilik" bölməsinin "Qanunvericilik layihələri" alt bölməsində yeni layihələrlə tanış ola, eyni zamanda, rəy və təkliflərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Sayta ilk olaraq nazirlik tərəfindən hazırlanmış "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramının (2014-2018-ci illər)" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun layihələri yerləşdirilib. Həmin layihələrlə bağlı rəy və təkliflər 2014-cü il 3 mart tarixədək qeyd olunan e-ünvanda qəbul olunacaq.

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununa ("normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi") əsasən həyata keçirilən tədbir normayaratma fəaliyyətində aşkarlığın təmin olunmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti