...

FHN Fransanın Bakıdakı səfirliyinin inzibati binasında taktiki-xüsusi təlim keçirib (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2014 16:56 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfirliyinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb.
FHN Fransanın Bakıdakı səfirliyinin inzibati binasında taktiki-xüsusi təlim keçirib  (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Fransanın Azərbaycandakı səfirliyinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə keçirilən taktiki-xüsusi təlim uğurla başa çatıb.

Trend-in məlumatına görə, təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının daha da artırılmasından ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti