...

Azərbaycanda sabah havanın temperaturu yüksələcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 17 Fevral 2014 12:40 (UTC +04:00)
Azərbaycanda sabah havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək, fevralın 19-da isə temperatur enəcək, ölkənin bəzi ərazilərinə qar yağacaq.
Azərbaycanda sabah havanın temperaturu yüksələcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda sabah havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək, fevralın 19-da isə temperatur enəcək, ölkənin bəzi ərazilərinə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, fevralın 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 18-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir güclənəcəyi, fevralın 19-da şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Fevralın 19-da havanın temperaturu ötən günlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, gecə və gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Ölkə ərazisində fevralın 19-da hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti