Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.Mehdiyev/
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Astara gömrük-keçid məntəqəsində İran tərəfdən Azərbaycana kartof gətirilməsinə məhdudiyyət qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında səfir qeyd edib ki, Azərbaycana kartofun ixracına heç bir məhdudiyyət qoyulmayıb: "İlin bəzi fəsillərində, soyuq hava şəraiti ilə əlaqədar ölkədə bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən kartofun qıtlığı yaranır. Buna görə onların qiyməti qalxır və istehsalçılar məhsullarını ixrac edə bilmirlər".
Səfir qeyd edib ki, bu il Ərdəbildə kartof yığımı yüksək olub: "Ümid edirəm ki, iki aydan sonra yaxşı qiymətə kartof gətiriləcək. Fikirləşirəm ki, İran kartofları qiymətə görə bir az baha olsa da, digər ölkələrdən gətirilən kartofdan daha yaxşıdır".
İrandan Azərbaycana kartof ixracına məhdudiyyət qoyulması məsələsinə aydınlıq gətirildi
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Astara gömrük-keçid məntəqəsində İran tərəfdən Azərbaycana kartof gətirilməsinə məhdudiyyət qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib.