...

Azərbaycanda ötən il 67,2 milyon manat məbləği əhatə edən qrant müqaviləsi qeydiyyata alınıb

Cəmiyyət Materials 19 Fevral 2014 17:54 (UTC +04:00)
Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının artması ötən ildə də davam edib.
Azərbaycanda ötən il 67,2 milyon manat məbləği əhatə edən qrant müqaviləsi qeydiyyata alınıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının artması ötən ildə də davam edib, 135 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 138 mətbu nəşr uçota götürülüb. Trend-in məlumatına görə, bu barədə fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş müşavirədə deyib.

Məlumata görə, hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ü ötüb, KİV-lərin sayı isə 4.900-ə çatıb. Həmçinin, 67,2 milyon manat məbləği əhatə edən 1800-dən çox qrant müqaviləsi qeydiyyata alınıb.

Respublikamızda vətəndaş cəmiyyətinin inkişafına verilən diqqətin nəticəsidir ki, ölkəmizin daxilində verilmiş qrantların məbləği xaricdən alınan qrantlardan təxminən iki dəfə çox olub.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən məqsədyönlü tədbirlərin cəmiyyətdə məhkəmələrə inamın artmasına, ədalət mühakiməsinə çatımlılığına, vətəndaşların hüquqlarının məhkəmələrdə müdafiəsinə müsbət təsirinin nəticəsidir ki, baxılan işlərin sayı xeyli artmış, bu da icra işlərinin sayının çoxalmasına səbəb olmuşdur. Belə ki, 2013-cü ildə icra işlərinin sayı ötən illə müqayisədə 24% artaraq 205 mini ötmüş, onlardan 75%-nin icrası təmin edilmiş, hüquqi və fiziki şəxslərə 110 milyon manata yaxın vəsaitin ödətdirilmişdir. Qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.400 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, 305 nəfər barəsində cinayət işi başlanmış, 2640 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.

Ötən il inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı 14 faiz artaraq 60 minə yaxın olmuş və 2.500-ə yaxın akt nazirliyin təklifləri əsasında dəyişdirilmiş və ya ləğv edilmişdir. Pozuntulara yol verən 364 bələdiyyə sədri intizam məsuliyyətinə cəlb olunmuş, cinayət xarakterli faktlarla bağlı 25 material prokurorluğa göndərilmişdir.

2013-cü ildə məhkəmə ekspertizası sahəsində nazirliyə 42 ekspert ixtisası üzrə 23 minə yaxın iş daxil olmuş, ekspertlər 263 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,8%-ni həll etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti