...

Qaradağ rayonunda əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2014 11:19 (UTC +04:00)
Azərbaycanda gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir.
Qaradağ rayonunda əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Azərbaycanda gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Vətəndaşların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bunun bariz nümunəsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqdır.

Ölkə başçısının tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı aksiya fevralın 17-dən başlayaraq Bakının Qaradağ rayonunda da uğurla icra olunmaqdadır.

Qaradağ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ilk növbədə rayonun icra başçısının sərəncamı ilə komissiya yaradılmışdır. Artıq 3 gün ərzində 1363 sakin müayinədən keçmişdir.

Rayonun səhiyyə ocaqlarında keçirilən müayinələr yüksək səviyyədə təşkil edilmişdir. Müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftalmoloq, nevropatoloq, stamotoloq və dermatoloqlar cəlb olunmuşlar. Kardioqram çıxarılır, ultrasəs, rentgen, laborator müayinələr aparılır.

Qaradağ rayonunun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar tibbi müayinələrdə mütəşəkkil surətdə iştirak edirlər. Rayonda sakinlərin tibbi müayinə barədə məlumatlandırılması və ölkə başçısının tapşırığına uyğun olaraq onların tibbi müayinədən keçirilməsi üçün mühüm işlər görülmüşdür.
Belə ki, əhali arasında geniş təbliğat işləri aparılmış, yaşayış evlərinin girişlərinə elan lövhələri yapışdırılmış, uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır. Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən ərazi üzrə poliklinikalara müraciət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti