...

Xocalı şagirdləri üçün vətənpərvərlik mövzusuna həsr olunmuş əlavə dərs tədris olunub

Cəmiyyət Materials 24 Fevral 2014 10:29 (UTC +04:00)
Təhsil Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri üçün Heydər Əliyev Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş əlavə dərs tədris olunub.
Xocalı şagirdləri üçün vətənpərvərlik mövzusuna həsr olunmuş əlavə dərs tədris olunub

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri üçün Heydər Əliyev Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş əlavə dərs tədris olunub.

Trend xəbər verir ki, şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən dərsin tədrisində əsas məqsəd müasir Azərbaycan tarixi haqqında məktəblilərə daha dolğun və əhatəli məlumatların verilməsidir.

Eyni zamanda, dərslər və müvafiq ekskursiyalar şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və müstəqil həyata hazırlanmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti