...

Azərbaycanda rezidenturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 24 Fevral 2014 10:54 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirəcək.
Azərbaycanda rezidenturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirəcək.

Trend komissiyanın saytına istinadən məlumat verir ki, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Sınaq imtahanına yazılışın fevralın 25-dən həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti