...

Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2014 19:10 (UTC +04:00)
Bu gün Nizami Kino Mərkəzində Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Bu gün Nizami Kino Mərkəzində Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tədbiri açaraq, mərasimin Azərbaycanın ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun təşəbbüsü və rəhbərliyi ilə ədliyyə orqanlarında Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən silsilə tədbirlərdən biri olduğunu vurğulamış, tarix boyu Azərbaycan torpaqlarına göz dikmiş erməni millətçilərinin öz məkrli niyyətlərinə nail olmaq üçün insanlığa sığmayan cinayətlər törətdiklərini xatırlatmışdır.

Xocalı faciəsi qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.

Nazir müavini qeyd etmişdir ki, 1992-ci ilin fevral ayında erməni faşistləri növbəti cinayətlərini Azərbaycanın ən qədim tarixə malik olan Xocalı şəhərində həyata keçirmişlər. Dinc mülki əhalinin - qadınların, qocaların və uşaqların qətlə yetirilməsi və meyidlərin təhqir olunması ermənilərin əsl quldur simasını büruzə vermişdir. Yalnız 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra erməni işğalının qarşısı alınmış və beynəlxalq vasitəçilərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesinə başlanılmışdır. Bildirilmişdir ki, bu gün Xocalı faciəsini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırım kimi dünya birliyində tanıdılması istiqamətində böyük işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. "Xocalıya ədalət!" əslində "Azərbaycana ədalət!" deməkdir. Bu kampaniyaya qoşulmaq isə Vətənini, xalqını sevən hər bir azərbaycanlının borcudur. Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlardan istifadə etmək, o cümlədən torpaqlarının güc yolu ilə geri qaytarılması hüququnu özündə saxlayır. Dövlətimiz lazım gəldikdə bu hüquqdan istifadə edəcəkdir. Buna hüquq normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, müstəqil Azərbaycanın iqtisadi gücü və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi imkan verir.

Tədbirdə "Xocalı soyqırımı"na həsr olumuş "Xoca" bədii filmi nümayiş etdirilmişdir. Anım mərasiminə dəvət edilmiş ANS Şirkətlər Qrupunun vitse-prezidenti, filmin baş prodüsseri Mirşahin Ağayev "Xoca" filmi barədə tədbir iştirakçılarına maraqlı məlumatlar vermiş, filmin kino tariximizdəki rolundan bəhs etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti