...

Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Cəmiyyət Materials 26 Fevral 2014 12:12 (UTC +04:00)
Sabah Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir.
Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 27-də hava əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ölkə ərazisində yağıntılı hava şəraitinin fevralın sonuna kimi davam edəcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti