...

"Alimlər şəhərciyi"nin salınacağı yerin adı açıqlandı (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2014 15:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün "Alimlər şəhərciyi"nin salınacağı yerin adı açıqlanıb.
"Alimlər şəhərciyi"nin salınacağı yerin adı açıqlandı (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün "Alimlər şəhərciyi"nin salınacağı yerin adı açıqlanıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, çoxmənzilli yaşayış binalarından ibarət olacaq "Alimlər şəhərciyi" Yasamal rayonu ərazisində - Mərkəzi Nəbatat Bağının yaxınlığında salınacaq. Şəhərcikdə hər biri 7 blokdan ibarət bir neçə binanın tikilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Bakının Yasamal rayonu, Şərifzadə küçəsindəki (ATV telekanalının binasının yaxınlığında) AMEA yataqxanasının ərazisində tikilən yeni binalarda mənzillərin sayı 200-ə çatdırılıb. Həmin bina tikinti şirkətləri ilə şərikli inşa olunub və orada Akademiya əməkdaşları üçün evlər ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti