...

Beynəlxalq hüquq təhsili ali hüquq təhsilidirmi?

Cəmiyyət Materials 27 Fevral 2014 16:42 (UTC +04:00)
Beynəlxalq hüquq fakültəsini bitirən şəxslərin təhsilinin ali hüquq təhsili olub-olmadığını Konstitusiya Məhkəməsi müəyyən edəcək.
Beynəlxalq hüquq təhsili ali hüquq təhsilidirmi?

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Beynəlxalq hüquq fakültəsini bitirən şəxslərin təhsilinin ali hüquq təhsili olub-olmadığını Konstitusiya Məhkəməsi müəyyən edəcək.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Ali Məhkəmə bir sıra normativ aktlarda "Ali hüquq təhsili" anlayışının şərh edilməsinə dair sorğu ilə KM-yə müraciət edib.

Prokurorluq, ədliyyə, daxili işlər orqanlarına vəkilliyə qəbulla bağlı namizədlərin ali hüquq təhsili alması əsas şərtlərdəndir. Təcrübədə beynəlxalq hüquq ixtisasına yiyələnən namizədlər bununla bağlı problemlə üzləşirlər .Ali Məhkəmə sorğusunda bu məsələyə aydınlıq gətirilməsini KM-dən xahiş edib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 28-nə təyin edilmiş iclasında baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti