...

Mayın 10-da Azərbaycanın bütün təhsil müəssisələrində ilk dərs ümummilli lider Heydər Əliyevə həsr ediləcək

Cəmiyyət Materials 28 Fevral 2014 11:07 (UTC +04:00)
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında əmr verib.
Mayın 10-da Azərbaycanın bütün təhsil müəssisələrində ilk dərs ümummilli lider Heydər Əliyevə həsr ediləcək

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında əmr verib.

Trend Təhsil Nazirliyinin saytına istindən bildirir ki, əmrə əsasən, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə və orta-ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqəsi keçiriləcək.

Respublikanın təhsil müəssisələrində 2014-cü il mayın 10-da ilk dərs ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr ediləcək.

Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsil orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti