...

"Onlayn fikir bankı"nın qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 3 Mart 2014 15:36 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Onlayn fikir bankı”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Onlayn fikir bankı"nın qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "Onlayn fikir bankı"nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, son 3 ay ərzində fəaliyyətə başlayan "Onlayn fikir bankı"na gənclər tərəfindən 80-dən artıq ideya və təklif göndərilib. Təkliflər nəticəsində 1500-dən artıq müzakirə və baxış olub.

"Onlayn fikir bankı"nın həyata keçirilməsində əsas məqsəd gənclərin açıq şəkildə yeni ideya və təkliflərini onlayn şəkildə təqdim etmək imkanı qazanmalarıdır. Layihə gənclərin fikirlərinin bir məkanda toplanaraq daha böyük müstəviyə yol açmasına şərait yaradır.

"Onlayn fikir bankı" 12 əsas istiqaməti özündə cəmləşdirir. Bunlar sosial xidmət, iqtisadiyyat, təhsil, media, kommunikasiya və telekommunikasiya, səhiyyə və sağlamlıq, ətraf mühit, tarixi abidələr, turizm, mədəniyyət, nəqliyyat sistemi və əyləncədir.

Hər ay qiymətləndirmə şurası ən yaxşı layihələrin seçimini aparıb və qalib gənclər Gənclər və İdman Nazirliyinin diplom və mükafatları ilə təltif olunub. Qiymətləndirmə şurasının seçim istiqamətində əsas tələbi layihələrin innovativ olmaları, müəlliflik hüququnun qorunması, maliyyə tutumu cəhətdən mümkünlüyü və ideyanın tez bir zamanda gerçəkləşmə imkanının olmasıdır.

"Onlayn fikir bankı"nın yeni addımlarından biri isə ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlərlə birgə əməkdaşlığa başlamasıdır ki, bu da gənclərin ideya və təkiflərinin biznes sektorlarında həyata keçirilməsinə daha böyük şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti