...

Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 4-ü günün ikinci yarısından mülayimləşəcək

Cəmiyyət Materials 3 Aprel 2014 12:51 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.
Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 4-ü günün ikinci yarısından mülayimləşəcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti aprelin 4-ü günün ikinci yarısından mülayimləşəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında aprelin 4-də günün birinci yarısında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə havanın yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 4-də günün birinci yarısında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacaq. Günün ikinci yarısında yağıntılar kəsiləcək. Cənub-qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında aprelin 4-də havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0-5 , gündüz 3-8 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti