...

Qaradağ rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2014 15:39 (UTC +04:00)
Prezident İlham Əliyevin fevralın 17-dan mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Qaradağ rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.
Qaradağ rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Prezident İlham Əliyevin fevralın 17-dan mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Qaradağ rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.

Tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün rayon icra hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir.

Sakinlərin dispanterizasiyası 6 səhiyyə ocağında aparılır. Rayonun qəsəbələrində əhali arasında planlı formada maarifləndirici tədbirlər aparılır. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi uğurla davam edir, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçirilir. İndiyədək Qaradağ rayonunda 20 minə yaxın vətəndaş tibbi müayinədən keçmişdir. Onlardan 2225 dispanser qeydiyyata götürülmüş, 234 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.

Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür, pulsuz dermanla təmin olunur. Eyni zamanda, müəssisələrdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar xəstəxanalara gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti vardır. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Dövlət başçısının vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti