...

Azərbaycanda ilk dəfə bağçılıq və landşaft dizaynı sahəsində jurnal çap olunub (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2014 15:45 (UTC +04:00)
İlk bağçılıq və landşaft dizaynı jurnalı “Parks&Gardens” bağ həvəskarları, bağçılar, bağ evi və villası olanlar üçün nəzərdə tutulub.
Azərbaycanda ilk dəfə bağçılıq və landşaft dizaynı sahəsində jurnal çap olunub (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

İlk bağçılıq və landşaft dizaynı jurnalı "Parks&Gardens" bağ həvəskarları, bağçılar, bağ evi və villası olanlar üçün nəzərdə tutulub.

Jurnalın əsas mövzusu bağın planlaşdırılması və tərtibatı, landşaft dizaynı, Azərbaycanın və dünyanın parkları haqqında geniş informasiya, şəhər dizaynında yeniliklər və s.-dən ibarətdir.

Ölkədə bu sahədə ilk olan jurnal oxucularını landşaft dizaynında müasir texnologiya və yeni tendensiyalarla tanış edir, bağ dizaynı tarixi haqqında məlumat verir. Jurnalda həmçinin, bitkilərin düzgün seçimi və onlara qulluq, bağbanlar üçün mövsümə uyğun praktik məsləhətlər, dərman bitkilərinin istifadə qaydaları, qış bağı, terras və eyvanların dekorativ bəzədilməsi, maraqlı müsabiqələr və s. yer alır.

İki aydan bir çap olunacaq "Parks&Gardens" ilk nömrəsində oxucularına gül toxumları hədiyyə edib.

Jurnalı supermarket və köşklərdən əldə etmək mümkündür.

Jurnalın rəsmi web-səhifəsi www.parkgarden.az, rəsmi facebook səhifəsi isə https://www.facebook.com/parksgardens-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti