...

Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək istəyən azərbaycanlı şagirdlərin seçiminə başlanılır

Cəmiyyət Materials 4 Aprel 2014 16:16 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək istəyən şagirdlər üçün seçim mərhələsini elan edir.
Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək istəyən azərbaycanlı şagirdlərin seçiminə başlanılır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək istəyən şagirdlər üçün seçim mərhələsini elan edir.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, 11-18 may tarixlərində Moskva şəhərində keçiriləcək kimya fənni üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə orta ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdlərinin seçim mərhələsini elan edilib.

Seçim mərhələsində iştirak etmək istəyən şagirdlər saytda yerləşdirilmiş "Qeydiyyat forması"nı dolduraraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat forması elektron poçt vasitəsilə (scan olunmuş formada- [email protected]) və Təşkilat Komitəsinin ünvanına (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) şəxsən təqdim etməklə göndərilə bilər.

Seçim turu yazılı formada Azərbaycan və rus dillərində aparılacaq. Tur aprelin 12-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti