...

Azərbaycan və Türkiyə qondarma "erməni soyqırımı"nın yubileyi iddialarının ifşa edilməsi üçün işçi qrupu yaradırlar

Cəmiyyət Materials 4 Aprel 2014 20:16 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İstanbul Ticarət Odasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Türkiyə qondarma "erməni soyqırımı"nın yubileyi iddialarının ifşa edilməsi üçün işçi qrupu yaradırlar

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İstanbul Ticarət Odasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqlar adından danışan Türkiyənin millət vəkili Seyid Sertçelik ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyəsini qeyd edərək, qondarma erməni soyqırımı təbliğatına qarşı birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini bildirib.

Türkiyənin ictimai qurumları ilə əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərinə toxunan Şura sədri A.Quliyev qonaqlara ötən illər ərzində ölkələrimizin milli maraqlarının qorunması istiqamətində Türkiyə hökuməti, bələdiyyələr, millət vəkilləri və Sivil Toplum Quruluşları ilə birgə həyata keçirilmiş tədbirlər haqqında məlumat verib. A.Quliyev qeyd edib ki, qondarma "erməni soyqırımı" təbliğatının dünyada Türkiyəyə qarşı yönəldilməsinə cavab olaraq Azərbaycan ermənilərin törətdiyi Xocalı soyqırımını daim gündəmə gətirərək tanıdır.

Şura sədri son illər bu işdə Türkiyə və Azərbaycan ictimai qurumlarının fəaliyyətinin daha sıx koordinasiya edildiyini vurğulayıb.

Görüşdə 2015-ci il qondarma "erməni soyqırımı"nın yubileyi iddialarının ifşa edilməsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün işçi qrupunun yaradılması və keçiriləcək tədbirlərdə QHT-lərin yaxından iştirakı haqqında razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti