...

Azərbaycanda yenidən qeyri-sabit hava şəraiti hökm sürəcək, güclü şimal küləyi əsəcək, bəzi ərazilərdə qar yağacaq

Cəmiyyət Materials 5 Aprel 2014 12:38 (UTC +04:00)
Onun sözlərinə görə, aprelin 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Azərbaycanda yenidən qeyri-sabit hava şəraiti hökm sürəcək, güclü şimal küləyi əsəcək, bəzi ərazilərdə qar yağacaq

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yenidən qeyri-sabit hava şəraiti hökm sürəcək, güclü şimal küləyi əsəcək, bəzi ərazilərə qar yağacaq. Aprelin 6-da havanın temperaturu aprelin 5-i ilə müqayisədə 10-14 dərəcə aşağı enəcək.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 6-da hava yağıntılı olacaq, bəzi yerlrədə sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlara havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır.

Aprelin 6-da Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin kəskin dəyişməsi, qısa müddətdə atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun kəskin enməsi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti