...

"Azəryolservis" beynəlxalq mükafata layiq görülüb

Cəmiyyət Materials 8 Aprel 2014 18:04 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC beynəlxalq mükafata layiq görülüb.
"Azəryolservis" beynəlxalq mükafata layiq görülüb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC beynəlxalq mükafata layiq görülüb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Avropanın ən nüfuzlu "Paris İdarə Heyəti Assosiasiyası Klubu" tərəfindən təqdimetmə mərasimi keçirilib. Avropada keyfiyyət və üstünlük baxımından bütün dünyada tanınan şirkətləri mükafatlandırmaq üçün Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən mərasimdə 40-dan çox ölkədən gələn 70 şirkətin müxtəlif sektorlarda çalışan biznesmenləri və ölkələrin diplomatik korpus nümayəndələri iştirak ediblər.

Azərbaycandan dəvət olunmuş Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC "Keyflyyətli Öhdəlik və Üstünlüyə görə" beynəlxalq mükafata layiq görülüb. Mükafatı "Azəryolservis" ASC-nin sədr müavini Şaiq Bilalov qəbul edib.

Tədbir çərçivəsində "Qlobal Yaşıllaşdırma Təltifı və Yaşıllaşdırma İqtisadi Forumu" bölməsində dünyanın bir çox ölkələrinin yaşıllaşdırma sahəsində çalışan şirkətlərinin inkişafı və strategiyaları haqqında geniş təcrübə mübadiləsi də aparılıb.

Qeyd edək ki, "Azəryolservis" ASC artıq üçüncü dəfədir ki, beynəlxalq mükafata layiq görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti