...

Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan ƏSGƏR (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2014 16:40 (UTC +04:00)
Vətənimizin bir igid oğlu da şəhidlik zirvəsinə ucaldı.
Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan ƏSGƏR (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Vətənimizin bir igid oğlu da şəhidlik zirvəsinə ucaldı.

Füzuli istiqamətində hərbi tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində şəhid olan əsgər Seyfəddin Kərimov bu gün son mənzilə yola salınıb. Dəfn mərasimdinə Gəncə şəhər rəhbərliyi, hərbçilər, hərbi orkestr və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəallarının "Şəhidlər ölməz, Vətən bölünməz", "Vətən sağ olsun!" şüarları və yaylım atəşlərinin sədaları ilə cəsur əsgər S.Kərimov torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, 1995-ci ildə Gəncə şəhərində dünyaya gələn S.Kərimov yunan-Roma güləşi üzrə 3 dəfə Azərbaycan çempionu olub. İdmanı həyatının ayrılmaz hissəsi hesab edən S.Kərimov dost-tanışları arasında və şəhərin idman həyatında böyük hörmət qazanıb.

Sabah 19 yaşının tamam olduğu ən fərəhli günündə S.Kərimov şəhidlik zirvəsində özünə yer aldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti