...

Əli Hüseynli: Avropa İttifaqı ilə viza məsələsində problemlər var

Cəmiyyət Materials 10 Aprel 2014 14:12 (UTC +04:00)
Azəbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejimin sadələşdirilməsi ilə bağlı sənədlər səviyyəsində irəliləyiş var. Amma elə bir hal yaranıb ki, hüquqi rejim dəyişib, amma praktika dəyişməyib, problemlər var.
Əli Hüseynli: Avropa İttifaqı ilə viza məsələsində problemlər var

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Azəbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejimin sadələşdirilməsi ilə bağlı sənədlər səviyyəsində irəliləyiş var. Amma elə bir hal yaranıb ki, hüquqi rejim dəyişib, amma praktika dəyişməyib, problemlər var. Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Bakıda "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

Ə.Hüseynlinin fikrincə, Aİ üzvü olan bir ölkə digər üzv ölkənin səfirliyi tərəfindən verilən viza ilə bağlı problem yaradır: "Nə üçün biz Avopa ölkələri ilə ikitərəfli sazişlər bağladıq? Çünki Şengen vizasının əldə olunmasına baxmayaaq, reallıqda problem var. Şengen vizası əldə edən şəxs (diplomatik, xidməti şəxs və ya vətəndaş) özü üçün daha münasib bir nəqliyyat növü, yol, şəhər seçir. Amma bu, yəni həmin ölkə Şengen vizasını vermiş səfirliyi təmsil edən ölkə deyil. Bunun nəticəsində problem yaranır".

Komitə sədri hesab edir ki, Aİ ilə münasibətlərdə belə şeylərin olması yoverilməzdir: "Təəssüf olsun ki, Avropa İttifaqı ilə bağlı olan münasibətlərdə hüquqi rejim, irəliləyiş var. Amma praktikada ciddi problemlər mövcuddur. Xüsusilə tələbələr, turizm məqsədilə səfər edənlər bu poblemlə mütəmadi üzləşirlər. Hüquqi rejim belədir ki, əgər Şengen vizası varsa, səfər edən şəxs özünə münasib olan yeri, yolu, maşrutu seçir. Lakin ora çatdıqdan sonra problem yaranır. Ona deyirlər ki, nə üçün Fransa və ya İtaliya səfirliyində viza almısız, amma Fankfurta gəlmisiz? Bu, yolverilməzdir!"

Ə.Hüseynli həmçinin qeyd edib ki, Azərbaycanın indiki həm hüquqi rejimi, həm qanunvericiliyi ilk növbədə ona yönəlib ki, investorlar, turistlər iqtisadi baxımdan cəlbedici bir ölkə kimi bura rahat gələ bilsinlər: "Azərbaycanda qəbul edilən Miqrasiya Məcəlləsinin mənası, məqsədi hansısa məhdudiyyətlər tətbiq etmək yox, əmək miqrantları üçün daha liberal şərait yaratmaqdır. Azərbaycanın Miqrasiya Məcəlləsi kifayət qədər mütərəqqidir".

Millət vəkili bildirib ki, Azəbaycanın problemi yalnız işğalçı Emənistanladır: "Azərbaycanlıların bütün digər qonşu dövlətlərlə hər hansı bir siyasi problemi yoxdur. Bəzi praktik, təcübi problemlər var. Lakin onlar müvafiq qurumlar tərəfindən peşəkarlıqla aradan qaldırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti