...

TQDK jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat müddətini uzatdı

Cəmiyyət Materials 11 Aprel 2014 16:20 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyən abituriyentlər üçün qeydiyyat müddətini uzadıb.
TQDK jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat müddətini uzatdı

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyən abituriyentlər üçün qeydiyyat müddətini uzadıb.

Trend TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müsabiqədə iştirak edə bilərlər.

Bunun üçün nəzərdə tutulmuş müddətdə - aprelin 4-dən 10-dək cəmi 23 nəfər qeydiyyatdan keçib.

TQDK bunu nəzərə alaraq, qeydiyyat müddətininin 14 aprel saat 09:00-a qədər uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, cari ildə jurnalistika ixtisası üzrə magistraturada ümumilikdə 43 yer ayrılıb. Bunlardan 25-i dövlət sifarişi üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti