...

Gəncədə Sovet vaxtından qalan liftlər yeniləir (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2014 13:07 (UTC +04:00)
Gəncədə Sovet dönəmindən qalan liftlərin yenilənməsinə başlanılıb.
Gəncədə Sovet vaxtından qalan liftlər yeniləir (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Gəncədə Sovet dönəmindən qalan liftlərin yenilənməsinə başlanılıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, işlər Yeni Gəncə qəsəbəsi, II mikrorayon deyilən yaşayış massivində aparılır. Burada ilkin mərhələdə 15 yeni liftin quraşdırılması nəzərdə tutulur.

Ümumilikdə bu günə kimi Gəncə şəhərində 1984-1985-ci illərdə istismara verilən vaxtı ötmüş liftlərin yeniləri ilə əvəz olunması istıqamətində 45 ədəd lift dəyişdirilib.

Ən müasir standartlara cavab verən liftlər İtaliya, Almaniya və Türkiyə istehsalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti