...

Azərbaycan sinoptikləri həftənin ilk iş günü üçün hava proqnozunu açıqladı

Cəmiyyət Materials 13 Aprel 2014 15:21 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Azərbaycan sinoptikləri həftənin ilk iş günü üçün hava proqnozunu açıqladı

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Hava gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan Trend-ə bildirib ki, Abşeron yarımadasında temperaturun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcəkdir.

Nisbi rütubət gecə 80-90 faiz , gündüz 60-70 faiz təşkil edəcəkdir.

Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz olacaqdır.

Temperaturun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti