...

Gəncənin yol polisi sərxoş sürücülərə qarşı mübarizəni gücləndirib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2014 01:01 (UTC +04:00)
Gəncədə yol polisi həftə sonu növbəti reydini keçirib.
Gəncənin yol polisi sərxoş sürücülərə qarşı mübarizəni gücləndirib (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Gəncədə yol polisi həftə sonu növbəti reydini keçirib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, asayiş keşikçilərinin əsas hədəfi sərxoş və sənədsiz sürücüləri aşkarlamaq olub. Bu dəfə ki yoxlamalarda diqqət çəkən məqamlarla yadda qalıb.

Gəncə şəhər Dövlət Yol Polisi şöbəsi əməkdaşları elə ilk cəhdəcə qanunun tələblərinə əməl etməyən sürücü aşkarlayıb. Avtomobili konsturuksiyasına dəyişiklik edən sürücünun nəqliyyat vasitəsi bir qayda olaraq müvəqqəti dayanacağa aparılıb.

Daha bir sürücünün isə sərxoş halda sükan arxasında əyləşdiyi müəyən edilib. Bu sürücü sərxoş olmasını inkar etməyə çalışsa da həkimin rəyi onun bəhanələrini heçə endirib.

Reyddə diqqət çəkən məqamlardan biri də bəzi avtomobillərdə çox avazlı səs siqnallarının aşkarlanması olub. Daha bir sürücü isə avtomobilə əlavə avadanlıq quraşdırdığı üçün saxlanılıb. Belə avtomobillərdə birmənalı olaraq cərimə meydançasına aparılıb.

Yoxlamalar zamanı sənədsiz sükanı idarə edən sürücülərdə çoxluq təşkil edib. Belə sürücülərin barəsində də qanuna müvafiq tədbir görülüb.

Ümumilikdə müxtəlif qaydalara görə, 30-dan çox avtomobil cərimə meydançasına aparılıb. 100-ə qədər sürücüyə isə inzibati protokol yazılıb.

Xəbər lenti

Xəbər lenti