...

Sabah Ay tutulacaq

Cəmiyyət Materials 14 Aprel 2014 10:33 (UTC +04:00)
Tutulma 3 saat 35 dəqiqə davam edəcək. Bu hadisəni Azərbaycan müşahidə etmək mümkün olmayacaq.
Sabah Ay tutulacaq

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah bu il ərzində ilk Ay tutulması baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, Ay tutulması aprelin 15-də Bakı vaxtı ilə saat 10:58-də başlayacaq, 14:33-də başa çatacaq.

Tutulma 3 saat 35 dəqiqə davam edəcək. Bu hadisəni Azərbaycandan müşahidə etmək mümkün olmayacaq. Ay tutulması Avstraliya, Sakit Okean və Amerikada müşahidə ediləcək.

Qeyd edək ki, ikinci Ay tutulması oktyabrın 8-də olacaq. Aprelin 29-da ilk, oktyabrın 24-də isə ikinci Günəş tutulması baş verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti