...

Virtualdan reallığa

Cəmiyyət Materials 14 Aprel 2014 14:50 (UTC +04:00)
Gəldim, gördüm, getmək istədim, ayaqlarım geri dönmək istəmədi. Niyə? Özüm də bu suala cavab tapa bilmirdim. Məni bu şəhərə nə bağladı belə? İnsanlarla olan səmimi görüşlər, özümə qarşı hiss etdiyin sevgi, hörmət, rəğbətmi? Yox, bu deyildi. Gəldim, gördüm, getmək istəmədim.
Virtualdan reallığa

Yazıçı-publisist Yunus Oğuz

Gəldim, gördüm, getmək istədim, ayaqlarım geri dönmək istəmədi. Niyə? Özüm də bu suala cavab tapa bilmirdim. Məni bu şəhərə nə bağladı belə? İnsanlarla olan səmimi görüşlər, özümə qarşı hiss etdiyin sevgi, hörmət, rəğbətmi? Yox, bu deyildi.
Gəldim, gördüm, getmək istəmədim.

İnternetdən səfərqabağı baxmışdım İmişlidəki islahatlara və ürəyimdə demişdim ki, yalana bax, İmişlini mənəmi tanıtdıracaqsınız? Guya bilmirəm bu şəhərdə hansı küçədə, hansı yolda çuxur var (buna azərbaycanlılar yama deyirlər), guya bilmirəm ki, (bu on il qabaq olub) kənd camaatı işsizlikdən çayxanaları tərk etmir, işləri-gücləri qeybət qırmaqla məşğuldur. İşsizlik onları sıxır. İmkanı olan qaçır, imkanı olmayan qəzavü-qədərə baş əyib sıxıla-sıxıla yaşayır. Bir zamanlar bu aran əhalisinin çayxanada oturub qeybət qırmaq əyləncəsi idi. İqtidar, müxalifət, çayxanada qarışmışdı bir-birinə, hərə öz fikrini qarşıda oturan rəqibinə sübut etmək istəyirdi. Kimin məntiqi güclü idisə, bir tərəf o biri tərəfə keçirdi. Bu o zaman günümüzün gerçəkliyi idi. Rəhmətlik Heydər Əliyev hər kəsin çəkdiyi və daşıya biləcəyi demokratiyanı vermişdi insanlara. Hər kəs demokratiya haqqında ağızdolusu danışırdı. İnsanlara özgürlük verilmişdi. Zatən hər bir insan failimuxtardır.

Özgürlük verildi. Dövlət quruldu. Var olsun bundan qabaqkı prezidentlər. Birini çıxmaq şərtilə. Amma, gəlin razılaşaq ki, ey əziz oxucularım, istənilən azad dövlətin təməlini iqtisadi əsaslar qoruyur və bunun əsasında xaricdə aparılan siyasət durur. Bunları biz başa düşürük. Xarici səfərlərə getməyə nə var ki? Bu sətirlərin müəllifi hansı anları İmişlidə keçirdi deməyə dəyməz, əsas odur ki, bu hadisə baş verir. Nə baş verir?

Gəldim, gördüm, əslində həmin günü qayıtmaq istəyirdim. Çünki İmişli mənim üçün sıradan bir şəhər idi. Amma belə deyilmiş. Şəhər başdan ayağa dəyişib... Protokol qaydasına görə tədbirlər keçirdik. Sağ olsun KİVDF və Mətbuat Şurası, özgürlüyümü nəzərə aldı və mən protokoldan kənara çıxaraq rəsmi insanlardan ayrıldım. Şəhər parkında ixtiyari insanlara yaxınlaşdım. Adımı deməyənə qədər heç məni tanımadılar da. Sadəcə olaraq geyimimdən buranın adamı olmadığımı dərhal başa düşdülər. Amma bu da heç nəyi dəyişmədi.

Soruşdum:
-Siz bilirsinizmi prezident jurnalistlərə dövlət vəsaitilə ev tikib paylayıb.

Cavabdan soka düşdüm. Fikirləşirdim ki, əyalət ağsaqqalıdır da... Başımı qatmaq da olardı. Sən demə belə deyilmiş. Hər şeyi izləyirlər, hər şeyi görürlər. Vallah, olanı yazıram.
Mən protokol qaydasından kənara çıxmışdım, ancaq buna təəssüf etmədim. Dedi: "Oğlum, prezident təkcə jurnalistlərə ev tikmir. Allah onun canını sağ eləsin! O həm də hərbiçilərə, həkimlərə, qaçqınlara və başqa sahənin işçilərinə ev tikir".

Doğrusu şübhələndim. Düşündüm ki, Vilyam (şəhərin icra başçısı nəzərdə tutulur) müəllim bir neçə ixtiyar adamı öyrədib parkda otuzdura bilər. Amma...

Heyətimizin digər bir tədbirinə də baş ağrısını bəhanə gətirib qatılmadım. Bir taksi çağırıb tərəkəmələrin mərkəzi olan Sərxanlı kəndinə getdim. Hər şeyi gözümlə görmək istəyirdim. Getdim, gördüm. Çayxanada, pivəxanada oturdum. İnsanların dövlətə bağlılığını gördüm. Özümü özümdən oğurladım. Bakıda hər gün belə hadisələrlə qarşılaşmırsan ki?
Mən elə bilirdim virtual şəhərə gedirəm. Həmişə gördüyüm bir şəhərə daxil olacam. Sən demə belə deyilmiş. Şəhər çox dəyişib. Şəhər təmizdir, çox gözəlləşib. Bu artıq virtual deyil, bu Azərbaycanın reallığıdır. Mən bunu Yevlaxda, Gəncədə və başqa yerlərdə görmüşdüm. Ancaq heç ağlıma gətirməzdim ki, bunu İmişlidə də görə bilərəm. Şəhər dəyişir. Demək istəmirəm ki, bizə icra başçısı nələr danışdı, rayon büdcəsi dövlət dotasiyasından necə xilas olundu. Əslində bu təcrübəni başqa rayonlara da ötürmək lazımdır. Bir sözlə İmişli məni virtuallıqdan reallığa apardı.

Sağ ol, cənab prezident!!!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti