...

Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən daha 12 şahidin siması dəyişdirilib

Cəmiyyət Materials 15 Aprel 2014 11:41 (UTC +04:00)
Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən daha 12 şahidin siması dəyişdirilib.
Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən  daha 12 şahidin siması dəyişdirilib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən daha 12 şahidin siması dəyişdirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Qəzetin məlumatına əsasən, bu addım şahidlərin təqib edilməmələri üçün atılıb.

Məlumatda o da qeyd olunur ki, hazırda Türkiyədə qüvvədə olan şahidlərin qorunması haqqında qüvvədə olan qanuna əsasən, 105 şahid, 168 şahid qohumları olmaqla, ümumilikdə 273 nəfər haqqında bütün məlumatlar gizli saxlanılır.

Məlumata əsasən, plastik əməliyyat vasitəsilə simaları dəyişdirilən bütün vətəndaşlara yeni pasportlar verilib.

Statistik məlumatlara görə, 2008-ci ildə 7, 2009-cu ildə 42, 2010-cu ildə 20, 2011-ci ildə 90, 2012-ci ildə 87, 2013-cü ildə 39, bu il isə ümumilikdə 12 nəfərin siması dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti