...

Ağ xalatlıların ali missiyası (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2014 14:41 (UTC +04:00)
Bu gün YAP Gəncə şəhər Təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar Qadın Məsləhətxanasında görüş keçirib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev, ərazi ilk partiya təşkilatının sədri, baş həkim Rəna Bağırova və məsləhətxananın kollektivi iştirak ediblər.
Ağ xalatlıların ali missiyası  (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Bu gün YAP Gəncə şəhər Təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar Qadın Məsləhətxanasında görüş keçirib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev, ərazi ilk partiya təşkilatının sədri, baş həkim Rəna Bağırova və məsləhətxananın kollektivi iştirak ediblər.

Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsində həyata keçirdiyi islahatlardan danışıb və Azərbaycan Respublikasının bu sahədə kifayət qədər inkişaf etdiyini bildirib. Gəncə şəhərində əksər tibb müəssisələrinin yüksək səviyyədə təmir edilərək, sakinlərin ixtiyarına verildiyini deyən Mehman Rzayev hər bir səhiyyə işçisinə bu diqqəti doğrultmağı və işlərində daha məsuliyyətli olmağı tövsiyə edib.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək bildirib ki, ümummilli liderin gördüyü möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Son illər Gəncə şəhərində yeni tibbi müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı səhiyyənin yüksəlişinin təzahürüdür.

Ölkə başçısının Sərəncamı ilə fevral ayının 17-dən başlayaraq həyata keçirilən əhalinin tibbi müayinəsi də möhtərəm Prezidetimizin vətəndaşlara göstərdiyi hərtərəfli qayğının bariz nümunəsidir. İndiyə kimi minlərlə şəhər sakini müxtəlifyönümlü müayinələrdən keçərək, öz sağlamlıqları haqqında bilgilər əldə ediblər.

Tədbir çərçivəsində Qadın Məsləhətxanasının bir qrup işçisinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

Qeyd edək ki, Qadın Məsləhətxanası 60-cı illərdən fəaliyyət göstərir və burada 32 nəfər həkim, 43 nəfər orta tibb işçisi çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti