...

Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2014 12:13 (UTC +04:00)
Bu gün Gənclər və İdman naziri Azad Rəhimov İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan olan vətəndaşlarla görüşüb.
Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan olan vətəndaşlarla görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, İsmayıllıda Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

Müraciətlərin böyük hissəsi idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı ilə bağlı olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamıtində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 14-cü vətəndaş qəbuludu. İsmayıllıdan öncə nazir Lənkaran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və Masallıda vətəndaşları qəbul edib.

İsmayıllıda baş tutan qəbul da daxil olmaqla nazir Azad Rəhimov ümumilikdə 560-dan çox vətəndaş qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti