...

AMEA institutlarının elmi proqramları yeni formada maliyyələşdiriləcək

Cəmiyyət Materials 18 Aprel 2014 12:36 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası institutlarının elmi-tematik proqramlarını yeni formada maliyyələşdirməyi planlaşdırır.
AMEA institutlarının elmi proqramları yeni formada maliyyələşdiriləcək

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası institutlarının elmi-tematik proqramlarını yeni formada maliyyələşdirməyi planlaşdırır. Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilatı fəaliyyətinə həsr olunmuş yığıncaqda bildirib.

A.Əlizadə deyib ki, bəzi institutların elmi-tematik proqramlarında gerilik var. Onlar bu proqramlarında çox primitiv məsələrə toxunurlar. Bunun qarşısını almaq üçün AMEA tərəfindən xüsusi komissiya yaradılıb. Həmin komissiya institutların proqramlarını müsabiqə əsasında qəbul edəcək. Müsabiqədən keçmiş elmi proqramlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycanda elmi ekspedisiyalar genişlənməkdədir: "Ancaq bir problemimiz var. Ekspedisiyaların xüsusi maliyyələşdirilməsinə ehtiyac var. Buna görə də Nazirlər Kabinetinə müraciət etmişik".

A.Əlizadə qeyd edib ki, AMEA-nın bir neçə institutunun adı dəyişdirilib. Onların adlarının dəyişdirilməsinin məqsədi institutların işinin məzmununu yeni formaya salmaq, elmi tədqiqatları yeni formada istiqamətləndirmək, enerjilərini səfərbər etməkdir.

A.Əlizadə onu da əlavə edib ki, bu il sentyabrda I Bakı Elm Festivalının keçirilməsi planlaşdırılır. Bu isə Azərbaycan elminin təbliğ olunmasına imkan yaradacaq. Bu ilin dekabr ayında isə Azərbaycan alimlərinin I qurultayının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, iclasda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti