...

İqtisadiyyat və Sənaye Nazirliyi talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək üçün qanvermə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2014 13:05 (UTC +04:00)
Müəyyənləşdirilmiş qrafik üzrə Nazirliyin digər qurumlarında da qanvermə aksiyası keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyi talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək üçün qanvermə aksiyası keçirib (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Aprelin 19-da Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində "Savab Dünyası" Talassemiya Assosiasiyasının təşəbbüsünə qoşularaq İqtisadiyyat və Sənaye Nazirliyi talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək üçün qanvermə aksiyası keçirib.

Trend-in məlumatına görə, aksiyada İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatının əməkdaşları qan veriblər.

Müəyyənləşdirilmiş qrafik üzrə Nazirliyin digər qurumlarında da qanvermə aksiyası keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl də İqtisadiyyat və Sənaye Nazirliyi Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq qanvermə aksiyası təşkil etmişdir. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti