...

"Qarabağnamə - Tələbələrarası İntellektual Yarışması" layihəsinin açılış tədbiri keçirilib

Cəmiyyət Materials 21 Aprel 2014 12:36 (UTC +04:00)
Virtual Qarabağ İKT Mərkəzində “Qarabağnamə - Tələbələrarası İntellektual Yarışması" layihəsinin açılış tədbiri və layihənin internet üzərindən keçirilməsi üçün nəzərdə tutulan qarabagname.com internet portalının təqdimatı baş tutub.
"Qarabağnamə - Tələbələrarası İntellektual Yarışması" layihəsinin açılış tədbiri keçirilib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Virtual Qarabağ İKT Mərkəzində "Qarabağnamə - Tələbələrarası İntellektual Yarışması" layihəsinin açılış tədbiri və layihənin internet üzərindən keçirilməsi üçün nəzərdə tutulan qarabagname.com internet portalının təqdimatı baş tutub.

Trend-in məlumatına görə, layihə Azərbaycan Gənclər Fondunun maliyyə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan İntellektual Oyunlar Klubu (AİOK) və Virtual Qarabağ İKT Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir.

Açılış nitqi ilə layihənin rəhbəri Çingiz Səfərov çıxış edərək bildirmişdir ki, layihənin məqsədi Qarabağın milli mədəni dəyərlərinin qorunmasında gənclərin rolunu artırmaq, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və tələbə gənclərə mövzu çərçivəsində yeni bilik və məlumatların aşılanmasından ibarətdir. O bildirmişdir ki, layihənin çərçivəsində keçiriləcək əsas oyun televiziya ilə əməkdaşlıq çərçivəsində telelayihə formatında keçiriləcəkdir.

AİOK-un prezidenti Aydın Piriyev rəhbərlik etdiyi təşkilatın bu layihəyə dəstək olacağını və layihənin həyata keçirilməsində aktiv iştirak edəcəyini bildirib. ATGTİ rəsmisi Elvin Hüseynzadə və Virtual Qarabağ İKT Mərkləzinin nümayəndəsi Rəşad Zeynalov da həmçinin çıxış edərək layihə barəsində fikirlərini bildirmişlər.

Tədbirin davamında qarabagname.com internet portalının təqdimatı baş tutdu. Bildirildi ki, sayt üzərindən tələbə gənclər online yarışmada iştirak edə bilər və eyni zamanda layihə çərçivəsində keçiriləcək əsas oyunda iştirak etmək üçün 4 nəfərlik komanda şəklində müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti