...

Azərbaycanda 17 nəfər insan alveri qurbanına yardımlar göstərilməyə başlanılıb

Cəmiyyət Materials 22 Aprel 2014 12:27 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 17 nəfər insan alveri qurbanına müvafiq yardımların göstərilməsinə başlayıb.
Azərbaycanda 17 nəfər insan alveri qurbanına yardımlar göstərilməyə başlanılıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 17 nəfər insan alveri qurbanına müvafiq yardımların göstərilməsinə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu günlərdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən daxil olan məlumat əsasında 17 nəfər insan alveri qurbanına müvafiq yardımların göstərilməsinə başlayıb. Həmin şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməklə məşğulluqlarının təmin edilməsi, lazım gəldikdə sosial yardımla təmin olunmaları da diqqətdə saxlanacaq.

Cari ilin ilk rübü ərzində isə Mərkəz DİN-in Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 4 nəfər insan alveri qurbanına və 11 nəfər insan alverinin potensial qurbanına maddi, hüquqi-psixoloji yardımlar göstərilib. Bununla yanaşı, 2 nəfəri münasib işlərlə, 2 nəfəri sosial xidmət müəssisəsində yaşayış yeri, 3 nəfəri ünvanlı dövlət sosial yardımla təmin olunub.

İnsan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında maarifləndirmə tədbirləri də həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti